Modern.az

Əhmədinejatı boykot ediblər

Əhmədinejatı boykot ediblər

4 May 2010, 10:29

İran prezidenti Mahmud Əhmədinejat Nyu-Yorkda BMT-nin  Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə həsr edilmis konfransın acılışındakı cıxışında ABŞ-ı və nüvə silahına malik olan digər ölkələri kəskin tənqid edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Əhmədinejat  bu ölkələri ikili standartlarda ittiham edib. Əhmədinejata görə,  Birləşmiş Ştatlar İran da daxil olmaqla, başqa ölkələri nüvə silahları adı altında hədələməkdə davam edir.

O, bəyan edib ki, ABŞ və nüvə silahına malik olan digər dövlətlər bütün bəşəriyyət üçün təhlükədir. Assoseyted–press agentliyinin məlumatına görə,  İran liderinin cıxışına etiraz olaraq ABŞ, Böyük Britaniya və Fransa nümayəndə heyətləri  BMT Baş Assambleyasının iclas zalını tərk ediblər. Fox News telekanalı bildirir ki,  Əhmədinejat nüvə dövlətlərini nüvə silahının yayılmasında ittiham edərək, bunun  dunyada sulh və sabitlik ucun vacib olmasına  dair verdikləri vədlərin yalan oldugunu deyib. İran lideri qeyd edib ki, nüvə silahının əsas məqsədi bütün insanlığın  məhv edilməsidir. Amerikanı terrorizmdə ittiham  edən İran lideri ABŞ  hərbi bazalarında döyüşə hazır vəziyyətdə olan  nüvə silahlarının məhv edilməsini tələb edib. Onun sözlərinə görə, nüvə silahına malik olan Birləsmiş Ştatlar İrana qarsı sanksiyalara dəstək verir. Baxmayaraq ki, İranın heç bir hərbi məqsədi yoxdur və bunun əksini sübut etməyə heç kim nail ola bilməyib. 

Fox News telekanalı xəbər verir ki, İran liderinin çıxışını ABŞ-ın dovlət katibi Hilari Klinton  şərh edib. Onun sözlərinə görə, Əhmədinejat öz çıxışı ilə dünya ictimaiyyətində çaşqınlıq yaratmaq və diqqəti İranın əsil məqsədlərindən yayındırmaq istəyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?