Modern.az

Ermənistan qazsız qalıb

Ermənistan qazsız qalıb

4 May 2010, 10:31

Ermənistan qazsız qalıb. Modern.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Gürcüstanda baş vermiş qəza üzündən Ermənistanın təbii qazla təminatında fasilə yaranıb. Ermənistanın “ArmRosqazpom” Qapalı tipli Səhmdar Cəmiyyətinin sədri Şuşan Sardaryanın sözlərinə görə, Gürcüstanın yüksək dağlıq ərazisindən keçən “Şimali Qafqaz – Cənubi Qafqaz” magistral qaz kəmərində qəza baş verib. Qeyd edək ki, Ermənistan qazı Gürcüstan vasitəsilə Rusiyadan alır. İlkin məlumtlarda qəza təmir işlərinin  3 gün ərzində başa çatdırılacağı bildirilib. Lakin əldə olunan məlumatlara görə, təmir  işləri aparılmır və Ermənistan Rusiyadan qaz ala bilmir. Hələlik ermənilər qara gün üçün yığdıqları ehtiyat anbardan istifadə edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir