Modern.az

Neft bahalaşdı

Neft bahalaşdı

4 May 2010, 10:33

Meksika körfəzində neft çirklənməsinin yayılması dünya neft birjalarında qiymətlərin artmasına səbəb olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, investorlar neft sızıntısının   Amerikanın enerji daşıyıcıları ilə təmin olunmasında fasilə yarada biləcəyindən narahatdır.  Frans-press agentliyinin məlumatına görə, Londondakı İCE  (Inter Continental Exchange Futures)  birjasında iyun ayı üçün neft sövdələşmələri neftin bir bareli  üçün 87,44 dollardan həyata keçirilib.  Nyu-Yorkdakı NYMEХ (New York Merchantile Exchange) birjasında qiymətlər neftin bir bareli üçün 86,19 dollar təşkil edib.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər