Modern.az

Azərbaycanlı alim nüfuzlu beynəlxalq elmi jurnalın baş redaktoru seçilib

Azərbaycanlı alim nüfuzlu beynəlxalq elmi jurnalın baş redaktoru seçilib

İqtisadiyyat

14 Noyabr 2013, 16:04


Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aparıcı elmi işçisi, Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü, Ankara Universitetinin kafedra müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor İman Əsgərzadə “Advances in Condensed Matter Physics” (“Kondensiyalaşmış maddələr fizikasında irəliləyişlər”) jurnalının “Fe-əsaslı super keçiricilərdə çoxxətli və anizotropiya effektləri” (“Multiband and Anisotropy Effects in Fe-Based Superconductors”) adlı xüsusi buraxılışının baş elmi redaktoru təyin olunub.

Xüsusi buraxılış 2008-ci ildə kəşf olunmuş yeni sinif Fe əsaslı ifratkeçirilərin fiziki xassələrinin öyrənilməsinə həsr olunacaq. Buraxılışa Fe əsaslı ifratkeçiricilərin elektronik xassələri, anizotrop və çoxzonalılıq effektləri, maqnit və ifratkeçiricilik düzən parametrlərinin qarşılışlı təsirinə dair araşdırmalar qəbul ediləcək. Həmçinin bu maddələrdə ifratkeçiriciliyin mikroskopik mexanizmi və fenomenolojik modellərinə də yer veriləcək. Hindawi (ABŞ) nəşriyatında dərc olunan jurnal Thomson Reuters (ISI) siyahısına daxildir və 2012-ci ilin məlumatlarına görə, jurnalın impakt-faktoru 1.175-dir.

Bir müddət öncə professor İ.Əsgərzadənin Almaniyanın nüfuzlu Springer-Verlaq nəşriyyatında “Qeyri-ənənəvi ifratkeçiricilər: anizotropiya və çox zonalılıq effektləri” (“Unconventional superconductors: anisotropy and multiband effects”) adlı monoqrafiyası çap olunmuşdur. Təqdim olunan monoqrafiya ifratkeçiricilik sahəsində ölkəmizdə hazırlanmış ilk monografiya olmaqla bərabər, bu sahə üzrə elmi fəaliyyətlə məşğul olan dünya mütəxəssisləri üçün qiymətli töhfədir.


Yusif Alı Afşar  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü