Modern.az

Bu gün magistratura imtahanlarının nəticələri açıqlanacaq

Bu gün magistratura imtahanlarının nəticələri açıqlanacaq

4 May 2010, 12:52

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ümumilikdə 23 binada təşkil olunmuş imtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

TQDK tərəfindən mayın 3-dən etibarən cavab kartlarının emalı və imtahan protokollarının araşdırılması aparılır.
Mayın 4-də nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 15362 bakalavr ərizə vermişdi. Onlardan 447 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərkən qeyd olunan hallar zal nəzarətçiləri və imtahan rəhbərləri tərəfindən aşkarlanmış və onlar imtahandan xaric olunmuşlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar