Modern.az

Avropa Komissiyasının ekspertləri BDU-da

Avropa Komissiyasının ekspertləri BDU-da

4 May 2010, 13:53

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Avropa Komissiyasının Beynəlxalq Təhsil Mərkəzinin baş direktoru İvan Babini və direktor Viktoriya Lykovanı qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Modern.az-a bildirb ki, görüşdə Boloniya prosesinin Azərbaycanın təhsil sistemində həyata keçirilməsi, bununla bağlı tədris prosesinin gedişi, müvafiq sənədləşmənin təşkili, beynəlxalq proqramlar və qrantlarla bağlı fikir mübadiləsi aparılıb. Abel Məhərrəmov universitetdə Boloniya prosesinin həyata keçirilmə mexanizmindən, tyutor hazırlığından, mühazirələrin elektron versiyalarının sayta daxil edilməsindən, multimedia disklərindən, eyni zamanda beynəlxalq proqram və qrantlardan, BDU-nun həmin layihələrin həyata keçirilməsində fəal iştirakından bəhs edib.

Ekspertlər istəklərinə uyğun olaraq Elektron Tədris Mərkəzinə baxış keçirərək tyutorların hazırlığı prosesi ilə, universitetin saytına baxış keçirərək fakültələr üzrə mühazirələrin elektron versiyalarının, multimedia disklərinin sayta yerləşdirilməsinin gedişi ilə maraqlanıblar.

Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev Boloniya prosesində kredit sisteminə dair tövsiyələrlə ekspertləri tanış edib, onları maraqlandıran digər sualları cavablandırıb.

Müasir avadanlıqlarla təchiz olunmuş elmi laboratoriyalara baxış keçirən ekspertlər, eyni zamanda universitetin idman həyatı, tələbə yeməkxanası, digər mərkəz və qurumlarla tanış olublar. İvan Babin və Viktoriya Lykova Bakı Dövlət Universitetini dünyanın aparıcı universitetləri ilə müqayisə edib, xoş təəssürat və müsbət rəylə ayrılıblar. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı