Modern.az

Bakıda insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkarlanıb

Bakıda insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkarlanıb

Ölkə

4 May 2010, 14:57

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin ticarət şəbəkələrindən götürülmüş ərzaq məhsullarının laborator müayinəsi zamanı Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 24 ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş “Tuşenaya Qovyadina” ət konservlərinin tərkibində DDT (4,4-dixlordifeniltrixloretan) və HXSH (heksaxlorsikloheksan) toksiki elementlərin miqdarının normadan artıq olduğu aşkar olunub. Modern.az xəbər verir ki, məlumatı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.
İnsan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülməsi barədə Dövlət Xidməti tərəfindən bu malların idxalçısı olan “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-yə və “Kompas” MMC-yə icrası məcburi göstəriş verilib. Hazırda həmin malların satışdan çıxarılması ilə bağlı tədbirlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət konservləri alarkən diqqətli olmağı və Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin istehsalı olan “Tuşenaya Qovyadina” ət konservlərini almamağı tövsiyə edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür