Modern.az

İstanbulda zavodda güclü YANĞIN

İstanbulda zavodda güclü YANĞIN

Aktual

18 İyun 2024, 16:32

İstanbulda zavodda güclü yanğın başlayıb.

 

Modern.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsində qeydə alınıb. Avtomobil ehtiyat hissələri istehsal edən zavodda naməlum səbəbdən yanğın baş verib. Yanğın böyük ərazini əhatə etdiyindən hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

 

Yanğın yerində partlayış səsləri də eşidilir. Külək nəticəsində yanğın ətrafdakı digər zavodlara və meşə ərazisinə keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?