Modern.az

"COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiqik"

COP29

19 İyun 2024, 11:01

Azərbaycan COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiqdir.

 

Modern.az xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində deyib.

 

M.Babayev qeyd edib ki, COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir.

 

Nazir, həmçinin bildirib: “Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?