Modern.az

Dillər Universitetində yeni YAP üzvlərinin adları açıqlanıb

Dillər Universitetində yeni YAP üzvlərinin adları açıqlanıb

4 May 2010, 17:05

 

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Yeni  Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının iclası keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova açıb. O,  Heydər Əliyevin Azərbaycana verdiyi böyük dəstəkdən danışıb: “Əgər dahi rəhbərimiz Heydər Əliyev olmasaydı, bu gün biz də öz müqəddəratını təyin edə bilməyən ölkələr sırasında olardıq”. Sonra ADU-nun rektoru, millət vəkili Səməd Seyidov çıxış edib. S.Seyidov çıxışında, H.Əliyevin Azərbaycan təhsilinə verdiyi töhfələrdən söz açıb. ADU-nun rektoru çıxışını “Bu gün bizim işimiz dahi rəhbərimizin bizim üçün qoyub getdiyi ideya və fəlsəfəni davam etdirməkdir” sözləri ilə bitirib. Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Əhliman Əmiraslanov Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin inkişaf etdiyini qeyd edib. İclasda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu günlərdə respublikamızın bütün bölgələrində Heydər Əliyevin ildönümünün təntənəli şəkildə qeyd edildiyini  bildirib.

Tədbirin sonunda  YAP Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq Heydər Əliyevin irsinin öyrənilməsi, araşdırılması və təbliği məqsədilə keçirilmiş inşa müsabiqəsinin qalibləri təltif olunub və ADU-nun yeni YAP üzvlərinin adları açıqlanıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir