Modern.az

Deputat Kəbə qapısının örtüyünü aldı - FOTO

Deputat Kəbə qapısının örtüyünü aldı - FOTO

18 Noyabr 2013, 15:54

Ankarada antik əşyalar hərracında Osmanlı sultanı II Əbdülhəmid dövrünə aid “Kəbə Örtüyü” satışa çıxarılıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin qiyməti 18 min lirədən başlayan örtük sonda CHP-dən olan Ankara millət vəkili Sinan Aygünə qismət olub. Türkiyəli parlamentari örtüyü 34 min türk lirəsinə alıb.

205x170 sm ölçülü əntiq əşya bir zamanlar Kəbə qapısı üzərindən asılıbmış. Zərif əl işi olan örtüyün üzərində Quran ayələri, hz. Rəsullullah, dörd raşidi xəlifəsi, habelə hz. Həsən və hz. Hüseynin adları nəqş edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi