Modern.az

Çoxmənzilli binaların yeni metodla idarə olunmasına başlanılır

Çoxmənzilli binaların yeni metodla idarə olunmasına başlanılır

Təhsil

18 Noyabr 2013, 22:38

Binəqədi rayon İcra Hakimiyyətində çoxmənzilli binaların mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri tərəfindən idarə edilməsi ilə bağlı 9-cu mikrorayon, H.Babaşov küçəsində yaşayan sakinlərlə görüş keçirilib. Rayon İcra Hakimiyyətindən Modenr.az-a verilən məlumata görə, görüşdə iştirakçılar mənzil təsərrüfatının idarə olunmasında mövcud vəziyyət, yeni idarəetmə formaları, onların seçilməsi və üstünlükləri barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər.

Görüşdə bildirilib ki, mənzil-kommunal sektorunda keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılıb.

Layihə çərçivəsində bu sahənin mövcud vəziyyətinin iqtisadi və hüquqi cəhətləri təhlil olunaraq qiymətləndirilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının dəstəklənməsi həyata keçirilir. Pilot lahiyə olaraq Bakı şəhərində seçilmiş Binəqədi rayonunda 2012-ci ildə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulub.

Görüşdə qeyd edilib ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə bağlıdır. 
Qeyd edilib ki, son il yarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilib, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılıb, 5 binada işlər davam etdirilir. 

Rayon ərazisində 16 həyətdə abadlıq işləri yekunlaşdırılıb, 5 həyətdə işlər davam etdirilir. Binalarda 2915 pəncərə dəyişdirilib, 87 lift yenisi ilə əvəz edilib və 111 lift təmir olunub. Binaların dam örtüklərindən 99925 kv.m yumşaq dam örtüyü, 17138 kv.m dəmir dam örtüyü ilə əvəzlənib. Ərazidə 274100 kvadrat metr asfalt örtüyü salınıb, həyətlərin işıqlandırılması üçün 650 işıq dirəkləri qoyulub.

 

Bildirilib ki, yeni idarəetmə metodlarının yaradılması ilə əlaqədar maarifləndirici materiallar hazırlanaraq yaxın günlərdə sakinlərə paylanacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!