Modern.az

Azərbaycanın məşhur diktorunda xərçəng xəstəliyi aşkarlanıb

Azərbaycanın məşhur diktorunda xərçəng xəstəliyi aşkarlanıb

20 Noyabr 2013, 07:49

Azərbaycanın xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru, kino redaktoru Rafiq Hüseynovda sağalmaz xəstəlik aşkarlanıb.

Modern.az-ın məlumatına görə, Rafiq Hüseynovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi haqda yayılan xəbərləri onun həyat yoldaşı Səbinə Hüseynli də təsdiqləyib.

Rafiq Hüseynov 4 avqust 1946-cı ildə Şuşada anadan olub. 67 yaşlı sənətkar Şuşada doğulsa da, Bakıda - İçərişəhərdə böyüyüb. 17 yaşında televiziya sahəsində çalışmağa başlayıb.

Radiq Hüseynovun Leyli adlı bir qızı var. Müsahibələrində “Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram” deyən Rafiq müəllim qızı ilə nəfəs aldığını, ona həddindən çox çox bağlı olduğunu bildiribr.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi