Modern.az

İntellektual inqilabdan qorxmayın, cənab məmurlar!

İntellektual inqilabdan qorxmayın, cənab məmurlar!

20 Noyabr 2013, 10:15

Rövşən Ziya

Bir neçə gün əvvələ qədər metrolarda kitab, dəftər-qələm, qəzet rəfləri adamın gözünü oxşayırdı. Hər dəfə metroya girəndə, ən azı üç dəqiqə kitab rəflərinin qabağında dayanıb bir neçə kitabı vərəqləməsəydim, və ya qəzet satılan yerdə qəzetlərin manşetlərinə baxmasaydım, ürəyim rahat olmazdı. Bu artıq məndə vərdiş halını almışdı. Amma təəssüf ki, hökumətimiz bunu da bizə də çox gördü.

Amma indi həmin rəflərdə qadın corablarını, büstqalter, bikinilərini, kalkotkalarını görəndə az qala ət tökəm.

Bunları gördükdən sonra beynimə belə fikir gəlib ki, Azərbaycan məmurları ölkədə ədəbiyyatın, mədəniyyətin və jurnalistikanın, özü də qəzet jurnalistikasının inkişaf etməsini istəmirlər. Onlara mədəni inkişaf deyil, büstqater-bikini ticarəti lazımdır ki, qadınların hesabına ciblərini doldursunlar.

Bilirik ki, ədəbiyyatı, mətbuatı, təhsili inkişaf edən ölkədə mədəni inkişaf da yüksək olur. Mədəniyyəti, təhsili və mətbuatı inkişaf etməyən xalqın heç nəyi olmaz və bu xalqın sonu məhvə məhkumdur.

Yəqin soruşacaqsınız ki, yazdıqlarının metro qadağasına nə dəxli var?  Əslində dəxli var, özü də bilavasitə dəxli var. Əgər bu gün  mətbuatı metrolardan yığışdırırlarsa, sabah da  kiokslardan (artıq kiokslarda da qəzet yerinə gündəlik tələbat malları, şirniyyatlar, Bakuş vəs. satırlar), digər satış məntəqələrindən də yığıdıracaqlar. Sonra da deyəcəklər ki, ümumiyyətlə yazılı mediaya son verək, bizə qəzet lazım deyil. Bizə kitablar lazım deyil, çünki, kitablar ölkəni mədəni inqilaba aparır və insanların intellektual səviyyəsini inkişaf etdirir. Deyəcəklər ki, bizə qələm, dəftər lazım deyil, çünki, balalarımız məktəbə gedəndə ilk dəfə qələm tutmağı və qələmlə dəftərdə yazmağı öyrənirlər. Balalarımızın savadlanamğı da gələcəkdə mədəni inqilab deməkdir.

Mədəni inqilab isə ölkədə korrusiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının, monopoliyanın birbaşa məhv olması deməkdir. Azərbaycanın bəzi monopolist, rüşvətxor məmurları da bunları yaxşıca gördükləri üçün belə qərara gəldilər ki, ilk addım olaraq, metrolardan başlasınlar və kitabların qəzetlərin yerinə büstqalter-bikini ticarətini inkişaf etdirsinlər.

Üzümü sonda məmurlarımıza tutub deyirəm: Əzizlərim, mədəni inqilabdan qorxmayın və mətbuatın, ədəbiyyatın inkişafına mane olmayın. Metrolarda, kiokslarda büstqalter, bikini, şirniyyat, peçenye ticarətindənsə, mətbuatın, ədəbiyyatın inkiaşfına kömək etsinlər və yatırımlarını da bu sahədə qoysunlar. Ki, həm özləri savadlansınlar, həm də xalqın intellectual səviyyəsinin inkişafına, siyasi savadının artmasına kömək etsinlər. Əks halda, bu xalqın uçuruma yuvarlanmasının bilavasitə günahkarları olacaqlar.

Qeyd: Bu qadağadan tək müxalifət mətbuatı deyil, həm də iqtidar yönlü mətbuat da ciddi zərər görəcək. Amma “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ciddi problemlərlə, hətta fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üzləşiblər. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Əks halda... başqa şeylər ortaya çıxacaq!!!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir