Modern.az

“Rafiq Hüseynov Əhliman Əmiraslanovun nəzarətinə götürülüb”

“Rafiq Hüseynov Əhliman Əmiraslanovun nəzarətinə götürülüb”

20 Noyabr 2013, 11:29

“Rafiq Hüseynov hazırda öskürəkdən əziyyət çəkir. Çünki şiş bronxlarında da inkişaf edib”. Bunu Modern.a-a tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun xanımı Səbinə Hüseynli həyat yoldaşının xəstələnməsi xəbərini təsdiqləyərkən deyib.

“Rafiq Hüseynov bir həftədir müayinə olunur. Ona mənəvi dəstək göstərənlər çoxdur. Hazırda Tibb Universitetinin  rektoru Əhliman Əmiraslanovun nəzarəti altındadır”.

Səbinə Hüseynli vurğulayıb ki, tanınmış televiziya diktorunun əməliyyat olunması hələ dəqiqləşməyib.

“Bunun üçün Əhliman Əmiraslanov bu həftənin cümə günü həkim-cərrahlarla birlikdə konsilium keçirməlidir. O zaman əməliyyat olunub-olunmaması ilə bağlı dəqiq qərar bəlli olacaq. Hələ ki nəticələri gözləyirik”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Rafiq Hüseynli ağ ciyər xərçənginə tutulması haqqında  informasiya yayılıb.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir