Modern.az

İsrailin turizm naziri Azərbaycana gələcək

İsrailin turizm naziri Azərbaycana gələcək

Təhsil

5 May 2010, 12:58

İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 15-də bu ölkənin turizm naziri Stas Misejnikovla görüşüb. 

Modern.az-ın məlumatına görə, görüşdə hər iki ölkənin turizm potensialı ətrafında fikir mübadiləsi aparılıb.  

Stas Misejnikov Azərbaycanın turzim imkanları ilə maraqlanıb, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Nazium İbrahumov Azərbaycan geniş turizm potensialı, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, ölkəmizin bu səhədə İsraillə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Görüşün sonunda İsrailin turizm nazirinin bu ilin iyulunda  Azərbaycana səfəri ilə bağlı ilkin razılıq əldə olunub. Səfərin məqsədi Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaqdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi