Modern.az

Politoloq Ərdoğanın Moskva səfərini ŞƏRH etdi: “Rusiya Türkiyəni narahat edir”

 Politoloq Ərdoğanın Moskva səfərini ŞƏRH etdi: “Rusiya Türkiyəni narahat edir”

Aktual

21 Noyabr 2013, 10:04


“Həm Ərdoğan, həm də Davudoğlu Moskvanı inandırmağa çalışacaqlar ki, Rusiya bölgədə sülhün bərqərar olması üçün Ermənistana təsir və təzyiq göstərsin”. Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Rəcəb Tayyip Ərdoğanın Moskva səfərində bir çox məsələlərin müzakirə olunacağını düşünən politoloq Rusiyanın Qafqazdakı mövqeyinin zəifləməyəcəyini bildirib.

”Mən məsələdə optimist deyiləm və inanmıram ki, görüşdən sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə olan marağı artsın. Rusiyanın bölgədə hərbi qüdrətini artırması Türkiyəni narahat edir. Türkiyə rəsmləri də zaman-zaman bunu dilə gətirirlər. Ermənistanın Rusiyanın forpostu olduğunu nəzərə alsaq, bu asılılığın azalacağına inanmıram”.

Politoloq erməni soyqırımının 100 illiyi ərəfəsində Türkiyənin Ermənistanla sərhədləri açacağını inandırıcı sanmır. “Türkiyənin “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Ermənistanla sərhədləri açma niyyəti daha çox şayiəyə oxşayır. Ermənilərin 5 rayonu qaytarması qarşılığında sərhədləri açması məsələsi müzakirə olunur. Lakin Ermənistan Qarabağda referendumun keçirilmə tarixini müəyyən etməyə çalıacaq. İnanmıram ki, Azərbaycan bu təkliflə razılaşsın. Türkiyə isə Azərbaycanın razılığı olmadan təktərəfli şəkildə sərhədləri açmaz”.

Ərdoğanın Moskva səfəri noyabrın 21-də başlayır.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir