Modern.az

Ararat Mirzoyan sabah ABŞ-yə GEDİR

Ararat Mirzoyan sabah ABŞ-yə GEDİR

Aktual

8 İyul 2024, 16:00

İyulun 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun yaranmasının 75 illik yubiley tədbirlərində iştirak üçün ABŞ-yə səfər edəcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ani Badalyan məlumat verib.

 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen NATO-nun zirvə görüşü çərçivəsində ölkəsinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün keçiriləcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?