Modern.az

Neft Şirkətinin ərazisindən artilleriya mərmiləri tapılıb

Neft Şirkətinin ərazisindən artilleriya mərmiləri tapılıb

Təhsil

5 May 2010, 15:01

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qeyd olunan ərazidə idarənin əməkdaşları tərəfindən 3 ədəd artilleriya mərmisi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış döyüş sursatlarına baxış keçirib və müəyyən ediblər ki, bu, 1 ədəd 120 mm-lik və 1 ədəd 85 mm-lik qəlpəli artilleriya mərmisi, habelə 1 ədəd 120 mm-lik tank əleyhinə artilleriya mərmisidir. Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə axtarış işləri aparıb, lakin axtarış nəticəsində şübhəli əşya aşkar edilməyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi