Modern.az

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

İdman

10 İyul 2024, 11:08

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat