Modern.az

Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var

Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar var

Aktual

13 İyul 2024, 16:00

Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var.

 

Modern.az xəbər verir ki, şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb.

 

Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat