Modern.az

Cinləri ram etdiyini iddia edən azərbaycanlı (MÜSAHİBƏ)

Cinləri ram etdiyini iddia edən azərbaycanlı (MÜSAHİBƏ)

İqtisadiyyat

23 Noyabr 2013, 22:58

Son zamanlar baxıcı, ekstrasens və falçı kimi özünü tanıtdıran və kütləvi informasiya vasitələrində daim işıqlanan Həsən Həsrətli barəsində səslənən iradlarla bağlı ANS PRESS-ə müsahibə verib. Baxıcı müsahibəsində həm səslənən iradlara müasibət bildirib, həm də özü barədə ətraflı məlumat verib.

- Son günlər mətbuatda, televiziya kanallarında Həsən Həsrətli barədə çox danışılır. Axı Həsən Həsrətli kimdir? İstərdik özünüz barədə məlumat verəsiniz.

- Həsən Həsrətli dünya baxıcılarının, ekstrasenslərinin belə gözünə girən varlıqdır. İstərdim ilk növbədə deyim ki, bu falçılıq işinin ağına da lənət, qarasına da. Bəzən kimsə deyir ki, mənə Allah vergisi verilib, amma Həsən cinlərlə danışır, günah edir. İstərdim bildirim ki, Allah vergi vermir. Ancaq vəhy sonuncu elçi Məhəmməd Peyğəmbərə verilib. Ondan sonra heç kimə vergi verilmir. Sadəcə insan beyninin imkanları var. Normal insan beynini inkişaf etdirərək, müəyyən bir şeyə yiyələnmək mümkündür. Artıq elmlə müsbət və mənfi enerjini sübut etmək mümkündür. Bir qab suya “Quran”dan müəyyən dua oxusaq, mikroskop alında baxanda, həmin suda müəyyən gözəlliklər yaranacaq. Bu suyu insana içirən zaman, onda xoş əhval-ruhiyyə yaranacaq. Əksinə, suya bəd dua oxusaq, onda mənfilik yaranacaq. Həmin suyu içən adamın halı pisləşər. Artıq bunu elm sübut edib. Əgər yalan danışsaydım, bir çox ölkələrdə qəbul olunmazdım. 3 ildir Türkiyənin İstanbul şəhərində işləyirəm, oxuyuram. Şükür olsun ki, müsəlmanlarla işləyirəm. Müqavilə əsasında, kiminsə qulu olaraq işləmirəm. Hazırda Azərbaycanda fəaliyyət göstərmirəm. Bəziləri fikirləşməsin ki, özümü reklama görə tərifləyirəm. Reklama ehtiyacım yoxdur. 25 yaşımda Gürcüstan, Rusiya, San-Peterburq, Ukrayna, Afrika, Tailand, Türkiyənin hər bir nöqtəsində işləmişəm.

- “Doğmaları da Həsən Həsrətliyə qarşı çıxıb. Anası onu evə belə buraxmayıb”. Bu barədə İsmayıl Əhmədov ANS PRESS-ə açıqlamasında bildirib. O, müsahibəsində bildirib ki, sənin gördüyün iş günahdır. Buna münasibətini bilmək maraqlı olardı.

- Əvvəllər qara qüvvələrlə işlədiyim üçün bir müddət evdən ayrılmışdım. Lakin ailə məni qınadı. Anam buna qarşı çıxdı. Həsən Həsrətlinin ailəsinə, anasına böyük hörməti var. Bu səbəbdən də, anamın sözündən çıxmadım. Anamın təkidilə Həcc ziyarətinə getdim və tövbə etdim. Həsən Həsrətli qara əməllərə, qara cadulara tövbə edib. Heç kim deyə bilməz ki, mənim qəbulumda olub, bu qədər pul verib və kimisə məhv etdirib. Kimisə məhv edə biləcək qüvvəyə malik olsam da, etmərəm. Çünki ən birinci Allah qarşısında söz verdim.

Heç kim “Həsən fırıldaqçıdır” deyə bilməz. Mən Allaha qarşı heç nə etmirəm, etmərəm də. O qədər Allaha qarşı çıxanlar var. Dindarlar mübarizə aparmaq istəyirlərsə, birinci onlara nəsə desinlər. Min bir dini təriqət var, onlarla mübarizə aparsınlar. Axı cinli xəstələri sağaltmaq nə vaxtdan günah olub? Özünü dindar adlandıran həmin şəxs açıqlama versin ki, şəfa vermək nə vaxtdan günahdır. Cinli xəstə gəlir yanıma, mən onu sağaldıram. Bu günah deyil. Dində cin də, cadu da var.

-Həsən Həsrətli insanların nə qədər ömrü olduğunu belə deyə bilir? Doğrudan da sən ölüm tarixini deyə bilirsən?

- Bunu mən yox, faktlar deyir. Mən konkret insan ömrü yazanam. İndi rahatlıqla bunu deyirəm, çünki artıq fəaliyyət göstərmirəm. Mənə müraciət etməyin. Nə reklama, nə də müştəriyə ehtiyacım var. Nə mənim qapıma, nə də başqa falçıların qapısına getməyin. Oturun evinizdə, dua edin.

- Deyirsən ki, xarici ölkələrdə də fəaliyyət göstərmisən. Axı necə oldu ki, səni tanıdılar?

- Açığı deyim, ən çox baxıcı kimi yox, ekstrasens kimi işləmişəm. Cinli xəstəni gətiriblər yanıma, imkanım çatıb, cini bədənindən çıxartmışam. Mən adi insanlardan fərqli olaraq beynimi daha çox işlədirəm. Hər bir insana yuxusu vasitəsilə işarələr gəlir. Bunu biz yox, tarix deyir. Görücülük olub, var və bundan sonra da olacaq. Belə insanları tənqid etməkdənsə, onları öyrənmək lazımdır. Mən başqaları kimi 2000 manata baxmıram.

- Dindarlar deyirlər ki, Həsən tutarlı sübut gətirmir...

- Nəyisə sübut etməyə ehtiyacım yoxdur. Əstağifurullah, Həsəndən havada uçmağı gözləyirlər, ya ölü diriltməyi? Mən foksçu deyiləm. Həsən Həsrətli dünyada özünü sübut edən və dünya bilicilərini ram edən, diz çökdürən insandır.

- Həsəh Həsrətli cin görürmü?

- Bəli, Həsən cin də görür, şeytan da. Mənim Süleyman peyğəmbərə çox bağlılığım var. Bilirik ki, Süleyman peyğəmbər cinləri və şeytanı özünə ram edib. Mən də onun yolu ilə gedirəm. Bu gün Həsən Həsrətli cin və şeytan tayfasını özündən asılı etdiyi üçün qınaq obyekti olub. Əslində Həsən Həsrətli çox güclü insandır. Hansı dindar mənim kimi güclü ola bilər? Bütün günü oturub məsciddə dua oxuyub, dua yazıb, pul qazanırlar. Özləri edəndə günah olmur, mən edəndə günah olur?

- Əlindəki təsbeh və boynundan asdığın medalyon qəribəliyinə görə diqqətimi cəlb etdi. Onlarda nəsə xüsusi əlamət var?

- Bu adi təsbehdir. Həcc ziyarətindən gətirmişəm. Bunda qeyri-adi heç nə yoxdur. Boynumda olan medalyona gəldikdə, bu mənim üçün çox qiymətlidir. Qoy bəziləri deməsin ki, Həsən masondur, satanisdir, başqa qüvvələrə qulluq edir. Həsən ancaq güvəndiyi və inandığı Allaha pənah aparıb. Həsən Həsrətliyə ancaq uca Allah kömək edir.

Medalyona gəldikdə isə, bu ulduz Süleyman Peyğəmbərin möhürünü təmsil edir. Görürsüz, mən əvvəldən Süleyman Peyğəmbərdən başladım. Amma siz mənim sözümü kəsdiniz. Mən əvvəldən sizin fikirlərinizi oxumuşdum və bilirdim nə suallar verəcəksiniz.

- Deyə bilərsən indi nə düşünürəm?

- Ümumiyyətlə fikirlər çoxdur. Amma bu dəqiqə düşünürsən ki, Həsən cindardır, fırıldaqçıdır. Xeyir Həsən fırıldaqçı deyil. Sadəcə beynim bir az artıq inkişaf edib. Niyə paxıllıq edirlər? Mən də sizin millətdənəm.

- Dedin ki, Həcc ziyarətinə getmisən...

- Əlbəttə. Mən Həcc ziyarətinə başqaları kim ad-sana görə getməmişəm. Qayda-qanunla həcc əməllərini yerinə yetirmişəm. Şükür Allaha hamı da görüb. Ətrafımda olanlar başıma and içdilər. Əslində bunu mənim danışmağım düz deyil. Bu barədə mənim ziyarətdə olarkən rəhbərlik edən şəxs deyə bilər.

- Öz gücünə belə güvənən Həsənin digər baxıcılarla münasibəti necədi?

- Azərbaycanda falçı çoxdur. Baxıcıların çoxu gəlib məndən kömək istəyir. Ad çəkmət istəmirəm. Çünki ad çəkməyə ixtiyarım yoxdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır