Bu gün Böyük Britaniyada ümumi seçkilər başlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, 4 mindən artıq namizəd parlamentin aşağı palatasında 650 yer uğrunda mübarizə aparır. Mübarizə ölkənin 3 əsas partiyası Leyboristlər, Mühafizəkarlar və Liberal Demokratlar arasında gedir. Adı çəkilən partiyaların liderləri – Qordon Braun, Devid Kemeron və Hik Klkk dünən axşama qədər seçkiönü təbliğatların davam etdiriblər. Siyasi liderlər son saatlaradək tərəddüd edənləri öz tərəflərinə çəkməyə çalışıblar. İlk dəfə olaraq üç lider bir-neçə teledebatda üz-üzə gəliblər. Nəticədə seçkilərdə bir qayda olaraq üçüncü yerdə gələn Liberal-Demokrat Partiyasının nüfuzu xeyli yüksəlib. Təhlilçilərə görə, seçkilər mühafizəkarların üstünlüyü ilə başa çatacaq.