Modern.az

Qazaxıstandakı səfirimizə “Dostluq” ordeni verilib

Qazaxıstandakı səfirimizə “Dostluq” ordeni verilib

Təhsil

6 May 2010, 12:41

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov “Dostluq” ordeni ilə təltif edilib. AzərTAc  xəbər veriri ki, dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev mükafatın təqdim edilməsi mərasimində bildirib ki, Azərbaycanın Qazaxıstandakı səfiri bu mükafata diplomatik fəaliyyəti ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan dövlət katibi, bu münasibətlərin tarixi köklərə əsaslandığını bildirib və yüksək mükafatı səfirə təqdim edib. Lətif Qəndilov ali mükafata görə minnətdarlığını bildirib və bu təltifi Azərbaycan dövlətinə, xalqına və Prezidentinə yüksək hörmət və ehtiramın təsdiqi kimi dəyərləndirib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi