Modern.az

hərbiyönümlü QHT-lər bəyanat verib

hərbiyönümlü QHT-lər bəyanat verib

6 May 2010, 16:15

 

Mayın 6-da “Trend” Mətbuat Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində qanunsuzluq axtaran bir qrup QHT-nin yaratdığı İşçi Qrupa etiraz əlaməti olaraq mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İctimai Birliyin sədri Emin Həsənli çıxış ediblər. Bildiriblər ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqələrdə uğur qazanmayan bir neçə QHT rəhbərinin qrant alan qurumların layihələrinin monitorinqini aparmaq iddiası əsassızdır. “Biz təssüf edirik ki, hədəf olaraq əsasən Qarabağ müharibəsilə bağlı sosial və mənəvi problemlərin həllinə yardım göstərən təşkilatların layihələrini seçiblər”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Həsənov müsabiqələrdən narazı QHT rəhbərlərinin hərbiyönümlü təşkilatları hədəf seçməsini Azərbaycanın mənafeyinə xidmət etmiməmək adlandırıb.

Vətən Müharibəsi Veteranları Birliyini sədru Füzuli Rzaquliyev isə bildirib ki, həmin QHT rəhbərlərinin iddialarını anlamır: “Ölkədə 3000-ə yaxın QHT var, bunun da 30-a yaxını Qarabağla bağlı olan təşkilatlardır. Bizə qarşı iddia ilə çıxış edən bu cur insanların bircə barmağını kəssələr, onlar dözməzlər. Lakin müharibə veteranları vətən uğrunda canlarını fəda ediblər”.

 

Beynəlmiləl Əlil Döyüşçülər Bitliyinin sədri Sərraf Orucov narazı qurumların xarici donorlar tərəfindən maliyyələşdiyini vurğulayıb. Sonda tədbir təşkilatçıları bəyanatla çıxış ediblər.

Qarabağ müharibəsilə bağlı sosial və mənəvi problemlərin həllinə yardım göstərən QHT-lərin 

 

BƏYANATI

 

"Layihələri Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi maliyyə yardımı müsabiqələrində uğur qazanmayan bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri bu qurumların maliyyələşdirdiyi bəzi layihələri monitorinq etmək iddiası ilə çıxış etmişlər.

 

Çox qərbədir ki, hədəf olaraq onlar əsasən Qarabağ müharibəsilə bağlı sosial və mənəvi problemlərin həllinə yardım göstərən təşkilatların layihələrini seçmişlər. Onlar iddia edirlər ki, bu yöndə milli donorlar tərəfindən maliyyələşdirilən layihələr Azərbaycanın avroatlantik məkana inteqrasiya siyasətinə ziddir. Onların belə əsassız və subyektiv fikirlərinin olması təəccüblü deyil, lakin bunun bizim təşkilatların adı ilə əlaqələndirilərək ictimailəşdirilməsi xoş niyyətdən xəbər vermir və bizi müəyyən addımlar atmağa sövq edir.

 

Hesab edirik ki, Qarabağ müharibəsində döyüş yolu keçərək sağlamlığını itirmiş fədakar insanların bu gün müharibə veteranları, əlilləri və şəhid ailələrinin sosial qayğılarının ödənilməsinə yardımı ilə bağlı həyata keçirdikləri layihələri monitorinq etmək üçün öncə buna kimlərinsə mənəvi haqqı çatmalıdır.

 

İkinci, yerinə yetirilən bu layihələr dövlət büdcəsindən maliyyələşdirildiyi üçün onları yalnız buna hüquqi statusu imkan verən təşkilatlar və şəxslər monitorinq edə bilər. Zatən bu monitorinqlər layihənin icrası boyu mütləq şəkildə həyata keçirilir. Bu, məsələnin qanuni tərəfidir.

 

Lakin bizi nəyəsə xətir mütləq yoxlamaq istəyən bu QHT rəhbərlərinin israrlı arzusunu nəzərə alaraq, onlara monitorinq üçün imkan yaratmağa da hazırıq. Şübhə etdiyimiz bir məqam var: cənabların peşəkarlıq səviyyəsi buna uyğundurmu? Bununla belə, məsələnin həmin şəxslər tərəfindən ictimailəşdirilməsi bizi belə bir təklif irəli sürməyə məcbur edir: onların özlərinin də müxtəlif donorların maliyyə vəsaiti ilə yerinə yetirdikləri layihələrin monitorinqi bizim iştirakımızla keçirilsin.    

 

Bu bəyanatı qəbul edən QHT-lər özünü “işçi qrup” adlandıran təşkilat rəhbərlərinin nəzərinə çatdırmaq istəyir ki, Qarabağ probleminin adından bu cür sui-istifadə yolu ilə nüfuz qazanmaq və ictimai gündəmə gəlmək yolverilməzdir. Milli donorun və vətənpərvərlik yönündə irəli sürülən vətəndaş təşəbbüslərinin haqsız ittihamlara məruz qoyulması bizi hiddətləndirir və adekvat addımlar atmağa məcbur edir".        

 

 

Bəyanatı “Qarabağ Qaziləri” İctimai Birliyinin sərdi Etimad Əsədov, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Sərraf Orucov, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədr Radə Abbas, Şəhid Ailələrinə maddi və mənəvi Kömək İctimai Birliyinin sədr Nəzakət Həsənova imzalayıblar

Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı