Modern.az

Əli Əsədov İranın yeni vitse-prezidenti ilə GÖRÜŞDÜ

Əli Əsədov İranın yeni vitse-prezidenti ilə GÖRÜŞDÜ

Aktual

30 İyul 2024, 16:48

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

 

Modern.az xəbər verir ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

 

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

 

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə