Modern.az

Sakinlərdən sənədsiz silahlar götürüldü

Sakinlərdən sənədsiz silahlar götürüldü

Aktual

31 İyul 2024, 08:35

Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.

 

Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.

 

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə