Modern.az

“Kremlin arvadları” Bakıda...

“Kremlin arvadları”  Bakıda...

İqtisadiyyat

28 Noyabr 2013, 10:29

Modern.az-ın məlumatına görə, “Qanun” nəşriyyatında rus yazıçısı Larisa Vasilyevanın “Kremlin arvadları” kitabı nəşr olunub. Kitab 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə bolşevik, sonra da SSRİ – kommunist diktaturası rəhbərlərinin həyat yoldaşlarına həsr olunub.

Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir.

İ. Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam edib. Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan  ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmayıb; hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir. Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani  fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir.
Kitabı ruscadan Abdulhəlim Mikrağvi tərcümə edib.



Misranə Həsənzadə
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir