Modern.az

Mətbuat Şurası qanvermə aksiyasını dəstəkləyir

Mətbuat Şurası qanvermə aksiyasını dəstəkləyir

Qarabağ

6 May 2010, 17:29

Parlament Jurnalistləri Birliyi (PJB) və AzərTAc-ın təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də saat 10.00-da, Şuşanın işğalının 18-ci ildönümü günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək. PJB aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət edib.

Modern.az bir müddət öncə bəzi mətbuat orqanların rəhbərlərindən və əlaqə saxlaya bildiyimiz deputatlardan bu aksiyada iştirak edib-etməyəcəklərini öyrənib. Mətbuat Şurası da sözegedən tədbiri müsbət qiymətləndirib. Şuranın icraçı katibi Rəhim Hüseynov Modern.az-a deyib: “Çox humanist aksiyadır. Mətbuat Şurası da bu aksiyanı dəstəkləyir. Ümumiyyətlə, qanvermə aksiyasının keçirilməsi vacibdir. Bu, vətənpərvərlik hisslərinin nümayişidir. Müxtəlif hallarda mən ildə iki dəfə qan verirəm. Hər bir fərd bu aksiyada iştirak etməlidir. Hər halda mən bu aksiyanı bəyənirəm”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!