Modern.az

Vakansiya seçimi ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq

Vakansiya seçimi ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq

Təhsil

5 Avqust 2024, 17:41

Yaxın günlərdə məktəblərdə hansı vakansiyaların tutulması ilə bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
 
Modern.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib.
 
O bildirib ki, 26-28 iyul tarixlərində 39 şəhid ailəsi üzvü prosesdə iştirak edib və uğur qazanıb.
 
"31 iyul-5 avqust tarixlərində isə digər namizdələr üçün vakansiya seçimi təşkil olunub və bu gün saat 11:00-da seçim başa çatıb. Hansı vakansiyaların kimlər tərəfindən tutulması barədə yaxın günlərdə məlumat veriləcək. Prosesdə 17 mindən çox namizəd iştirak edib".

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ