Modern.az

Azərbaycanda Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılacaq

Azərbaycanda Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılacaq

Təhsil

6 May 2010, 18:53

Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 3-də “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis ediləcək. Sərəncamın icrası ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iclas keçirilib.

Modern.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, iclasda “Azərkosmos” ASC üçün müvafiq domen adlarının qeydiyyatı məsələsi, digər dövlət strukturlarının rəyləri nəzərə alınaraq ASC-nin nizamnamə layihəsinin yenidən işlənməsi, müəssisənin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi, ASC-nin strukturuna dair təkliflərin hazırlanması, ASC-nin saxlanma xərclərinin, telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması, mərkəzin beynəlxalq tələblərə uyğun tikintisinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciətin hazırlanmasına dair qərar qəbul olunub.
Eyni zamanda əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerinin seçilməsinə dair müvafiq tapşırıqlar verilib.
Bundan başqa, iclasda mayın ikinci ongünlüyünün sonuna qədər ölkədə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, sahənin inkişafı üzrə təkliflər hazırlamaq məqsədi ilə yaradılacaq Şuraya dair təkliflərin hazırlanması barədə qərar qəbul edilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi