Bu gün Bakıda intihar hadisəsi baş verib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən ANS-ə verilən məlumata görə, hadisə rayonun 1-ci mikrorayon, Alı Mustafayev küçəsi 25A ünvanında baş verib.
Azərbaycan İqtisad Universitetinin 2-ci kurs tələbəsi olan Çingiz Elçin oğlu Zərbəliyev Yasamal rayon sakini özünü 15 mərtəbəli yeni tikilən binadan ataraq intihar edib. 20 yaşlı şəxsin özünə qəsd etməsinin səbəbləri araşdırılır.