Modern.az

Belarusun elm adamları və Türkmənistan səfiri BDU-da olub

Belarusun elm adamları və Türkmənistan səfiri BDU-da olub

Təhsil

6 May 2010, 20:26

Mayın 6-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Belarus Respublikasının Elm və innovasiya fəaliyyəti idarəsinin rəis müavini Kozlov Serqey Mixailoviç və Belarus Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Samoxvalov Viktor Vasilyeviçi qəbul edib. Bu barədə Modern.az-a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Azərbaycan-Belarus münasibətlərinin, o cümlədən təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüş universitetlərarası əməkdaşlıq müqaviləsinin imzalanması ilə başa çatıb.

Abel Məhərrəmov mayın 6-da həm də Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Annamamed Mamedovu qəbul edib. Azərbaycanın ilk ali təhsil ocağı olan BDU haqqında təəssüratlarının yüksək olduğunu bildirən səfir, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun bu ali təhsil ocağının fəxri doktoru olduğunu xüsusi vurğulayıb. Görüşdə Azərbaycan-Türkmənistan münasibətləri, o cümlədən universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir eyni zamanda böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Molla Nəfəsin seçilmiş əsərlərini və «Bu məkana gəlmişəm» nümunələr toplusunu rektora təqdim edib. Həmin əsərləri türkməncədən uyğunlaşdıran filologiya fakültəsinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əsgərin əməyini də xüsusi qeyd edib.

Görüşdə dahi türkmən şairi Mahtumkulunun şeirləri əsasında filoloq və türkoloqların iştirakı ilə poeziya dərsinin keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.

 

  

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi