Modern.az

Obama: “ABŞ-ın növbəti prezidenti qadın olacaq”

Obama: “ABŞ-ın növbəti prezidenti qadın olacaq”

30 Noyabr 2013, 14:55


ABŞ prezidenti Barak Obama yaxın zamanda amerikalıların qadın prezidentinin olacağına şübhə etmir. Modern.az saytının xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obama deyib ki, ABŞ-da dövlət xidmətində inanılmaz qadınlar işəyirlər. Prezidentin həyat yoldaşı Mişel Obama isə jurnalistlərin sualına cavabında dövlət başçısı olmaq istəmədiyini bildirib. Xatırladaq ki, bir müddət əvvəl keçmiş prezident Bill Klinton də ölkənin gələcək rəhbərinin zərif cinsin nümayəndəsinin ola biləcəyini istisna etməyib.

 2016-cı ildə keçiriləcək seçkilərdə prezidentliyə qadın iddialının Bill Klintonun həyat yoldaşı Hillari Klintonun olacağı isə hələ ki məlum deyil. 

Yeri gəlmişkən, tanınmış amerikalı investor və milyarder Corc Soros da növbəti prezident seçkiləri yarışında keçmiş dövlət katibi Hillari Klintonun iştirakını dəstəkləyib. Maliyyəçi hətta “Hillariyə dəstək!” təşkilatına 25 milyon dollar da bağışlayıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub