Modern.az

Ukraynanın Kurska girəcəyindən Qərbin xəbəri var imiş?

Ukraynanın Kurska girəcəyindən Qərbin xəbəri var imiş?

Dünya

15 Avqust 2024, 12:46

"Kiyev Qərblə Kursk bölgəsinə hücum planlarını müzakirə edib".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak “The Independent” qəzetinə müsahibəsində bildirib.

 

O deyib ki, Ukrayna tərəfi öz tərəfdaşlarına hücum haqda məlumat verib: "Lakin ictimai səviyyədə deyil".

 

Podolyak qeyd edib ki, hazırda Ukrayna ilə NATO arasında əsas fikir ayrılığı Rusiyaya qarşı hücum əməliyyatları üçün qadağan edilən xarici uzaqmənzilli silahların istifadəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?