Böyük Britaniyada keçirilən ümumxal seçkiləri başa çatıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, seçkilər mühafizəkarların qələbəsi ilə başa çatıb. İlkin məlumatlara görə, Mühafizəkar Partiya parlamentdə 307, Leyborist Partiyası 255, Liberal-Demokrat Partiyası isə 59 yer qazanacaq. Qalan 29 yeri isə müstəqil namizədlər və digər partiyalar bölüşdürəcək.
Beləliklə, ümumxalq seçkilərinin nəticələri leyboristlərin 18 illik hakimiyyətinə son qoyur. Leyboristlərin lideri, indiki baş nazir Qordon Braun seçkidən sonra verdiyi açıqlamada məğlub olduqlarını etiraf etmək istəməyib. Mühafizəkarların lideri Devid Kemeron isə seçiciləri qarşısındakı çıxışında bundan sonra Britianiya xalqının maraqları mövqeyindən çıxış edəcəyini deyib. “Leyboristlər ölkəni idarə etmək mandatını itirdilər”,-deyə mühafizakarların lideri Devid Kemeron bildrib
Exit-pollun nəticələrinə görə, parlamentdə çoxluq təşkil etmək üçün mühafizəkararlara 326 yer lazımdır. Əgər bu baş verməsə, onda baş nazir Qordon Braun liberal-demokratların köməyi ilə koalision hökumət formalaşdırmağa başalayacaq.