Modern.az

“Bit bazarı”ndan FOTOREPORTAJ

“Bit bazarı”ndan FOTOREPORTAJ

2 Dekabr 2013, 13:01

Sabunçudakı məşhur bazarı hərə bir adla çağırır: “rus bazar”, “saman bazarı”, “bit bazarı”...

 

Bu adlar təsadüfdən yaranmayıb. Natəmizlik, üfunətli qoxu burada hər addımda duyulur. Satıcıların çoxu indi azərbaycanlılar olsa da, əvvəllər burada ruslar üstünlük təşkil edib. Jurnalistlərə inamsız yanaşan satıcılar deyir ki, “rus bazarı” həftənin şənbə və bazar günləri fəaliyyət göstərir.

 

Onların satdığı isə “it ilindən qalma” mallardır: köhnə tikiş maşınları, qəlyanlar, pullar, müharibə dövründən qalmış medallar,gümüş üzüklər,gümüş qablar, sovet fotoaparatları və s. Buradakı malların qiyməti də fərqlidir. Məsələn, Osmanlı dövründən qalmış gümüş sikkələrin dəyəri 20-100 manat arasındadır. Satıcıların dediyinə görə bu pullar şəhərin mərkəzi dükanlarında şişirdilmiş qiymətlərə satılır.

 

“Bit bazarı”nın alıcıları elə də çox deyil. Bura əsasən köhnə əşyaların həvəskarları gəlir. Bir də keçmişimizlə bağlı filmlərin çəkilişləri üçün kinostudiya işçiləri.

 

Odur ki, keçmişi xatırlamaq istəyənlər hansısa filmdə bir vaxtlar öz evində olmuş əşyanı görərkən təəccüblənməsin.

 

 

Gülşən Raufqızı  

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir