Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gəlir bəyannamələri ilə əlaqədar müxalifət liderlərinə ismarıc ünvanlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir digər siyasi partiyaların liderlərini xanımları ilə birlikdə gəlirlərini açıqlamağa çağırıb. Ərdoğan Ana Yasa dəyişiklikləər paketi müzakirələri gedişində yenidən gündəmə gətirilən mal varlığı mübahisələrinə münasibət bildirib.
“Mən hər yönü ilə şəffaf liderəm. Hər şeyim açıq, hər şeyim ortada. Əgər dürüstdürlər, namusludurlarsa, eyni şəkildə mənim kimi onlar da mal varlıqlarını xanımları ilə birlikdə açıqlasınlar. Mən həyatımı məmurluqda keçirmədim. Mənim həyatımda 17 illik bir işadamı dövrü var. Özəl sektorda işlədim. Bunun yanında dövlətdə çalışdığım dövr futbol oynadığım dönəmdədir. 12 sentyabrdan sonra sərbəts iş dünyasına girdim. Dolayısı ilə bu prosesi belə keçirdim”,-deyə Ərdoğan bildirib. Baş nazirə görə, bəzi şəxslər iftiralarda bulunaraq onun fəaliyyətində qeyri-şəffaf məqamlar axtarır.
“Mənim xalqım, mənim vətəndaşım nəyin nə olduğunu çox yaxşı bilir. Əgər bu iqtidar korrupsiya iqtidarı olsaydı, bu investisiyaların heç birini gerçəkləşdirə bilməzdik. Bizdən öncəki iqtidarın gördükləri işlər ortada. Bizim son 7 il ərzində gördüyümüz işlər ortada”,-deyə Ərdoğan bildirib.