Modern.az

TV-lərdən umacağımız var

 TV-lərdən umacağımız var

Aktual

2 Dekabr 2013, 15:43

Abbas Qəmli

Elmin, texnikanın yüksək inkişaf etdiyi bir dönəmdə, TV – nın cəmiyyətimiz üzərində nə qədər böyük təsir gücünə malik olması heç kimə sirr deyil. Maarifləndirmək, əyləndirmək və sair  kimi önəmli  funksiyaları  daşıyan TV–lərin bu gün bizlərə hansı yöndə informasiya verməsi ilə yanaşı, cəmiyyətimizə hansı dəyərlər aşlaması çox böyük önəm kəsb edir. Çünkü, bu bilavasitə  gələcək nəslin tərbiyəsinə təsirsiz ötüşməyəcək və eyni zamanda bizlərin zövqününün formalaşmasına da təsir göstərəcək. Unutmayaq ki, TV xalqın dilinin, mədəniyyətinin , mənəviyyatının zənginləşməsinə, onun yüksək vətəndaşlıq ruhunda tərbiyə almasına xidmət edir.

Bəs, TV–lər bu gün gözünü ekrana zilləyən tamaçaçılara nə aşlayır? Bəs cəmiyyət TV-lərə baxıb hansı təsirlərə məruz qalır və nə öyrənir?
Hesab edirəm  ki, bu suallar üzərində düşünməyə dəyər.

Bu gün günümüzün elə reallıqları var ki, onlardan  qaçmaqdansa? problemləri həll etmək uğrunda cəmiyyətin bir nümayəndəsi olaraq ən azından doğru sözü söyləmək daha faydalı olar.

Özlərini ən baxımlı adlandıran TV-lərin daha çox bayağı şou-proqramlarla efirə çıxması bu günün  acı həqiqətlərinəndir. Dərd ondadır ki, həmin TV-lər illüziyalara qapılaraq bu şou- proqramlar nəticəsində TV-nin daha baxımlı olduğunu düşünürlər.

Bu gün çox təəssüflə qeyd etməliyik ki, TV–lərdə  gələcəyimiz sayılan uşaqlara ayrılan efir vaxtı çox azdır. Yəni TV-lərdə uşaq proqramları yetərincə deyil. Belə olan halda uşaqlar başqa teleproqrama baxmaq məcburiyyətində qalırlar və böyük təsirlərə  məruz qalırlar. Bu isə onların təlim-tərbiyəsinə təsirsiz ötüşməyir. Digər tərəfdən uşaqlar onlara aid olmayan filimlərə baxmaqla mənfi emosiyalarla köklənmiş olurlar.

TV-lərin daha bir çatışmayan cəhəti efirdə ciddi proqramların şou-proqramlara nisbətdə daha az olmasıdır. Bu gün bir çoxlarının da etiraf etdiyi kimi TV-lərin əsas efir setkasını şit və bayağı olan verilişlər doldurur. Bəs, buna səbəb nədir? Görünür ki, ciddi verlişlər bir o qədər qazanc gətirmir. Əvəzində TV-lər şou -proqramlara üz tutmaqla reklam qazanmış olurlar. Çünkü , bu gün Azərbaycan realığında ciddi proqramlara deyil daha çox şou-proqramlara reklam yerləşdirmək sərfəlidir.  Belə verlişlərə sponsor tapmaq da asan olur, nəinki, ciddi verlişlərə. İndi TV-lər bu kimi proqramlar sayəsində  reytinq qazanmağa çalışırlar. Görünən odur ki, indi tamaçaçıların zövqünü ciddi proqramlar deyil, bayağı, şou-proqramlar formalaşdırır.

  TV–lərdə dilmizi olduğu qədər zəngin təbliğ edə bilirikmi? TV-lərdə hazırlanan verlişlər  ədəbi dilin normalarına cavab verirmi? Çox təəssüflə qeyd etmək lazımdır ki, bu konpanentdə də TV-lər dillimizin zəngiliyini cəmiyyətimizə olduğu kimi gözəl, səlis çatdıra bilmirlər.

Bir müddət öncə Milli Televiziya və Radio Şurasının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitututun mütəxəsisslərinin ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında apardıqları monitorinqin nəticələri  bunu deməyə əsas verir.

Dilçilik İnistutunun doseti Təranə Şükürova  özəl TV-lərin yayımladığı verlişlərin dilində səhvlərin  olduğunu bildirmişdisə, İnstitutun digər dosenti Aytən Bəylərova  şou-proqramlarda dialekt sözlərin işlənməsindən gileylənmişdir.

Bütün bu deyilənlər onu deməyə əsas verir ki, TV-lərdə ədəbi dilin normaları hələ də pozulmaqda davam edir.

Bazardan-bazara,  gənclərin vətənpərvərlik ruhunu oyadan  TV-lər  bizə yetərincə Vətən sevgisi aşılaya bilərmi.?  Əlbətdə ki, yox..

Bu gün müharibə şəraitində yaşamağımız hər kəsə bəllidir. Lakin buna baxmayaraq TV-lərdə vətənpərvərlik ruhunda olan verlişlər  kifayət qədər deyil. Bu yöndə verlişlər yalnız bazar günləri yada düşür, bir də işğal günləri .

Bu gün TV-lərdə   qısa   sadaladığım və yazmadığım  çoxsaylı problemlər mövcuddur. Heç, bu problemlərin  hamısından yazmaq  fikirim də yoxdur. Çünkü   məqsədim bu çoxsaylı problemləri yazıb   TV-ləri tənqid atəşinə tutmaq deyil.Bu sadəcə  TV-lərdə mövcud nöqsanları görmək istəmədiyimdən yaranan vətəndaşlıq məhsuliyyətidir.

Amma ədalət  naminə bildirək  ki,  sadaladığım  və yazmadığım   problemlərin həli yönündə son zamanlar TV-lərdə böyük işlər görülür. İnanmaq istərdim ki, bu işlər davamlı olacaq, nəticəsiz qalmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir