Modern.az

Siyavuş Novruzov Milli Şuranın aqibətini yozdu

Siyavuş Novruzov Milli Şuranın aqibətini yozdu

Aktual

2 Dekabr 2013, 15:47

“Milli Şura artıq ləğv olunmuş qurumdur”. Bunu Modern.az-a açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib. O, Milli Şurada nəzərdə tutulan islahat çağırışlarına münasibət bildirərkən qeyd edib ki, bunun heç bir əhəmiyyəti olmayacaq. “Artıq Milli Şuraya daxil olan partiyalar oradan uzaqlaşıb. Bir vaxtlar həmsədrlik məsələsi vardı. İndisə Milli Şuranın sadəcə olaraq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsi mümkündür. Milli Şuradakı insanlar müxtəlif partiyaların funksionerləri və ya ayrı-ayrı təşkilatların rəhbərləridir. İctimai Palata, Ziyalılar Hərəkatı, Ziyalılar Forumu. Ad dəyişə-dəyişə Milli Şuraya çatdılar. Qeyri-qanuni yollarla pul tapıb təşkilat yaradırlar. Görürlər ki, heç bir uğur qazana bilmirlər, başqa bir ad götürürlər. Bunlara cəmiyyətdən heç bir dəstək olmayacaq”.

Namidə BİNGÖL   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir