Modern.az

İTV-nin departament direktoru işdən kənarlaşdırıldı

İTV-nin departament direktoru işdən kənarlaşdırıldı

2 Dekabr 2013, 16:06

İctimai Televiziyanın Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov işdən azad edilib və onunla yeni müqavilə imzalanmayıb. Bu barədə Modern.az-a İTV-dən verilən açıqlamada bildirilib.

F.İsmayılov departament direktoru olmaqla yanaşı, İTV-də “Yekun” analitik proqramının aparıcısı idi. Bundan başqa, F.İsmayılov həm də İTV-nin direktorlar Şurasının üzvü idi.
Artıq onun adı direktorlar şurasındakı siyahıdan da şıxarılıb.

F.İsmayılov 1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ildən İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb. Tarix üzrə fəlsəfə doktorudur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir