Modern.az

Pənah Hüseyn: "Sabirabadda vəziyyət çox təhlükəlidir"

Pənah Hüseyn: "Sabirabadda vəziyyət çox təhlükəlidir"

Təhsil

7 May 2010, 10:44

Son məlumatlara görə, Sabirabadda Kür çayı daşaraq bəndləri dağıdıb və rayon mərkəzinin bəzi yerlərini su basıb. Modern.az bununla bağlı Sabirabaddan olan deputat Pənah Hüseynlə danışıb.

Millət vəkili deyib ki, hazırda o, Sabirabadda deyil, amma rayondakı aidiyyatı qurumların nümayəndələrilə yarım saat əvvəl danışıb.

“Dünən Buğacalı kəndini və rayonun mərkəzində mal bazarı deyilən yerin yaxınlığını da su basmışdı. Həmin ərazilərdə də bəndatma işləri aparılıb. Əvvəllər təhlükəsiz görünən ərazilərdə də bəndləmə işləri aparılır. Bərkitmə işlərinə İcra Hakimiyyəti nümayəndələri və əhali səfərbər olunub. Hazırda suyun səviyyəsi artmaqda davam edir. Vəziyyət təhlükəlidir”

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi