Modern.az

“Putinin bəyanatı daxili auditoriyaya hesablanıb” - ŞƏRH

“Putinin bəyanatı daxili auditoriyaya hesablanıb” - ŞƏRH

2 Dekabr 2013, 17:44


“Rusiya prezidenti Vladimir Putinin bəyanatı Cənubi Qafqazda maraqları olan siyasi tərəflərə mesajdır”. Bunu Modern.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, Kreml rəhbərinin Rusiyanın Cənubi Qafqazdan çəkilməyəcəyi ilə bağlı dediklərini şərh edərkən bildirib ki, rəsmi Moskvanın gələcək mövqeyini zaman göstərəcək.

Politoloqun sözlərinə görə, ortada iqtisadi faktor olduğundan bir sıra suallar yaranır. “Rusiyanın Gürcüstan və Ermənistanı nə qədər müddətə maliyyə dəstəyi ilə saxlaya biləcəyi sual altına düşür. Əslində isə hər şey bundan asılıdır. Məncə, Putinin bəyanatı təbliğat xarakterlidir”.

Siyasi ekspert hesab edir ki, Putinin dedikləri Rusiyanın daxili auditoriyasına hesablanıb. “Dünyada nəyin necə olduğunu onsuz hər kəs bilir. Cənubi Qafqaz ölkələri, həmçinin geosiyasi ölkələr Rusiyanın hara qədər gedəcəyini yaxşı bilir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gümrü şəhərində keçirilən Rusiya-Ermənistan beynəlxalq regional forumunun açılışında çıxış edərkən ölkəsinin Cənubi Qafqazdan geri çəkilməyəcəyini bəyan edib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir