Modern.az

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Dünya

21 Avqust 2024, 21:26

Tailandda “mpox” virusuna yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, virus ötən həftə Afrikadan gələn avropalıda aşkar olunub. Ştamın müəyyən olunması üçün testlərin nəticələri gözlənilir.

 

Xəstəliklərə nəzarət Departamentinin baş direktoru Tonqçay Kiratixattayakorn “Reuters” agentliyinə bildirib ki, Tailand hökuməti xəstənin avqustun 14-də xəstəliyin yayıldığı Afrika ölkəsindən gəldiyi üçün bu hadisəni birinci altqrupa aid “mpox” xəstəliyi kimi qiymətləndirirlər.

 

Baş direktor Afrika ölkəsinin adını açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?