Modern.az

Medvedev: “Müharibəni Stalin yox, xalq udub”

Medvedev: “Müharibəni Stalin yox, xalq udub”

Təhsil

7 May 2010, 11:23

“Böyük Vətən müharibəsini İosif Stalin yox, xalq udub”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Dmitri Medvedev “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib. Medvedevə görə insanların Stalinə yaxşı münasibət bəsləməsi onların öz haqqıdır, lakin dövlət nöqteyi-nəzərdən generalissmus xalqa qarşı kütləvi  cinayətlər törədib, bu bağışlana bilməz, Rusiyada stalinizmin renessansı mümkün deyildir. “Tamamilə aydın məsələdir – Böyuk Vətən müharibəsini bizim xalq udub, Stalin və hətta hansı mühüm vəzifələrdə olmasından asılı olmayaraq hərbi sərkərdələr udmayıblar. Bəli, onların rolu şübhəsiz ki, ciddidir, lakin bununla belə, müharibəni insanlarımız, çoxsaylı itkilər hesabına udublar”,-deyə Medvedev bildirib. Onun sözlərinə görə, Stalinin rolu müxtəlif cür qiymətləndirilə bilər.

“Kimlərsə hesab edir ki, Ali Baş komandanın rolu fövqəladə olub, kimlərsə deyir ki, bu, belə deyil. Məsələ ondadır ki, biz Stalin fiqurunu ümumilikdə necə qiymətləndiririk. Dövlət nöqteyi-nəzərdən qiymətləndirmədən danışsaq məsələ aydındır - Stalin öz xalqına qarşı cinayət törədib. Baxmayaraq ki, o çox işləyib, baxmayaraq ki, onun rəhbərliyi altında ölkə çox uğurlar qazanıb, lakin öz xalqına qarş etdikləri  bağışana bilməz”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi