Modern.az

Yolu keçmək istədi, həyatını itirdi

Yolu keçmək istədi, həyatını itirdi

Aktual

23 Avqust 2024, 00:50

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza nəticəsində piyada ölüb. Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Chery” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır