Modern.az

Şəhidimizin iki övladı eyni universitetə qəbul olundu

Şəhidimizin iki övladı eyni universitetə qəbul olundu

Təhsil

23 Avqust 2024, 14:23

Vətən müharibəsi şəhidi baş gizir Ramil Yusifovun iki oğlu eyni universitetdə oxuyacaq.

 

Modern.az-ın məlumatına görə, şəhidimizin iki övladı - Ramiz və Cəmal Türkiyədə təhsil alacaq.

 

Onların hər ikisi Bayburt Universitetinə daxil olub.

 

Qeyd edək ki, Ramil Yusifov İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi