Modern.az

Şimali Koreya lideri dayısını işdən çıxartdı

Şimali Koreya lideri dayısını işdən çıxartdı

Dünya

3 Dekabr 2013, 13:10

Şimali Koreyanın lideri Kim Çen Inın dayısı Çan Son Txek ölkənin ali hərbi orqanı olan Milli müdafiə komissiyasının rəhbərinin müavini vəzifəsindən çıxarılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu məlumatı Cənubi Koreya kəşfiyyatındakı mənbələr yayıb. Müdafiə komissiyasına şəxsən Kim Çen In rəhbərlik edir, onun müavini isə ölkədə təsir imkanlarına mailik olan ikinci adam sayılır. Kəşfiyyatın məlumatında qeyd edilir ki, Çan Son Txekin uzaqlaşdırılmasına səbəb onun iki yaxın silahdaşının edam olunması ilə bağlıdır. Bundan sonra Çan Son Txek bir daha kütləvi tədbirlərdə görünməyib. Cənubi Koreya kəşfiyyatındakı mənbə onu da qeyd edib ki, Kim Çen Inın dayısı və onun ətrafı artıq ölkə rəhbərini təmin etmədikləri səbəbindən bu addım atılıb. 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir