Modern.az

İrəvan: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilmir”

İrəvan: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilmir”

7 May 2010, 12:19

Moskvada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında görüş gözlənilmir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri Moskvada faşizm üzərində qələbənin 65-ci ildönümü münasibətilə keçirilən tədbirlərə dəvət olunublar. Tədbir çərçivəsində sabah MDB  dövlət başçılarının qeyri-formal sammitinin keçirilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır