Modern.az

Nəsiman Yaqublu Zabrat qəbiristanlığında dəfn olunacaq

Nəsiman Yaqublu Zabrat qəbiristanlığında dəfn olunacaq

Aktual

26 Avqust 2024, 08:56

Ötən gün yol qəzasında həyatını itirən professor Nəsiman Yaqublunun dəfn ediləcəyi yer məlum olub.

 

Modern.az-ın məlumatına görə, o, yaşadığı Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

 

Dəfn mərasiminin günorta saatlarında baş tutacağı bildirilib.

 

Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza ötən gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib. Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır